Yaponiya səyahətimin son günlərində axır ki, imkan tapıb (hava şəraiti) Fuji dağını görmək üçün Hakone bölgəsinə getdim. Tokiodan shinkansen qatarı ile Odowara’ya oradan isə Hakone free pass istifadə edərək Hakone-Gora bölgəsinə keçdim ilk olaraq. Burada Açıq hava muzeyi var idi. Təxminən 1 saata yaxın burada vaxt keçirdim. Maraqlı idi.
Daha sonra buradan da yuxarıya doğru qalxaraq əvvəlcə Owakudani bölgəsinə gəldim. Funikulyorlarla buraya gəlmək olur.
Buraya məxsus məşhur, insan ömrünü 7 il uzadan qara rəngli yumurtadan daddım. Sonrasında isə yenə funikulyorlarla aşağı Ashi gölü sahilinə endim. Burada axır ki, dron uçura bildim. Hava o qədər də yaxşı olmasa da havadan bir neçə görüntü ala bildim. Ardından planda dəyişiklik edib Gotemba avtobusu ilə o bölgəyə getdim. Fuji dağını axır ki, görə bildim.
Hətda daha yaxşı görə bilmək üçün Gotemba Premium Outletə də getdim. Buradan Fujini daha yaxşı görmək olurdu.
Beləcə günü tamamladım və sonda Tokioya qayıda bildim.
Yaponiyada ən çox görmək istədiyim yer idi – Fuji dağı. Görə bildiyim üçün çox sevindim.

İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyənib, şərh etsəniz minnətdar olaram.
Təşəkkürlər və xoş izləmələr!

#hakone #mtfuji #fuji #gotemba #japan #trip

5 Comments

Write A Comment